525.Az

Hindistanda təbii fəlakət 89 nəfərin həyatına son qoyub


 

Hindistanda təbii fəlakət 89 nəfərin həyatına son qoyub<b style="color:red"></b>

Hindistanın Uttar Pradeş əyalətinin bir çox bölgəsində güclü yağışlar fəsadlar törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü fırtına elektrik enerjisinin kəsilməsinə və nəqliyyatın dayanmasına səbəb olub.

Əlverişsiz hava şəraiti səbəbindən elektrik dirəkləri və ağaclar aşıb, çoxlu sayda evə və nəqliyyat vasitələrinə ziyan dəyib.

Təbii fəlakət nəticəsində 89 nəfər həyatını itirib.

İbrahim Cəfərov

 





14.05.2026    çap et  çap et