İranın Kirman əyalətində zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Yeraltı təkanlar Kirman əyalətinin Berdsir rayonunda qeydə alınıb.
Tehran Universitetinin Seysmologiya Mərkəzi zəlzələnin 8 kilometr dərinlikdə və 5 bal gücündə olduğunu açıqlayıb.
Zəlzələdən sonra tələfat və dağıntılar barədə məlumat verilməyib.
İbrahim Cəfərov
çap et