Bu ilin yanvar-mart aylarında Azərbaycan bankları Blumberq ticarət sistemində ümumi həcmi 42.1 mlrd. manat təşkil edən 1041 əqd bağlayıb.
525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin I rübü ilə müqayisədə 3.1 dəfə çoxdur.
Bağlanan əqdlərin həcm baxımından 97%-i 1-3 günlük əməliyyatlar hesabına formalaşıb.
çap et