525.Az

AFFA UEFA lisenziyalı məşqçilik kurslarının əhatə dairəsini genişləndirmək üçün yeni təlim keçirəcək


 

AFFA UEFA lisenziyalı məşqçilik kurslarının əhatə dairəsini genişləndirmək üçün yeni təlim keçirəcək<b style="color:red"></b>

AFFA tərəfindən UEFA lisenziyalı məşqçilik kurslarının əhatə dairəsinin genişləndirilməsi və yeni məşqçi təlimçilərinin hazırlanması məqsədilə növbəti təlim təşkil olunacaq.

Bu barədə 525.az-a qurumdan məlumat verilib.

Təlimin əsas məqsədi UEFA lisenziya kurslarının tədrisinə cəlb oluna biləcək potensial məşqçi təlimçilərini müəyyən etmək və onların tədris, fasilitasiya, praktiki məşğələ aparma, rəyvermə və qiymətləndirmə bacarıqlarını inkişaf etdirmək, həmçinin UEFA lisenziya kurslarının tədrisinə cəlb oluna biləcək potensial mütəxəssisləri müəyyənləşdirməkdir.

 





15.05.2026    çap et  çap et