525.Az

Azərbaycanda dövlətin kirayəyə verdiyi mənzillərin sayı 9500-ü keçib


 

Azərbaycanda dövlətin kirayəyə verdiyi mənzillərin sayı 9500-ü keçib<b style="color:red"></b>

İndiyə qədər Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9526 kirayə müqaviləsi bağlanıb.

525.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Xatırladaq ki, mexanizm çərçivəsində Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib. Mənzil şəraiti yaxşılaşanların 70 %-ə yaxını gənclər və gənc ailələrdir.

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə proseslər tam avtomatlaşdırılıb və bütün müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.

 





15.05.2026    çap et  çap et