525.Az

AZAL Naxçıvana uçuşları təxirə salıb


 

AZAL Naxçıvana uçuşları təxirə salıb<b style="color:red"></b>

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

AZAL-dan 525.az-a bildirilib ki, şirkət sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.

 





16.05.2026    çap et  çap et