525.Az

Tailandda qatarla avtobus toqquşdu, 8 ölü


 

Tailandda qatarla avtobus toqquşdu, 8 ölü<b style="color:red"></b>

Bankqoqda yük qatarı dəmir yolu üzərində ilişib qalan sərnişin avtobusunu vurub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma avtobusun alovlanması ilə nəticələnib.

Huaykhvanq rayonu ərazisində baş verən qəzada 8 sərnişin hadisə yerində keçinib. 30-dan çoxu isə yaralanıb. Onların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Baş nazir Anutin Çarnvirakun hadisə yerində olub. Faciənin despetçerin diqqətsizliyi üzündən yaşandığı ehtimal edilir.

L.Tağıyeva

 





18.05.2026    çap et  çap et