525.Az

Çində 5.2 bal gücündə zəlzələ - 2 nəfər ölüb


 

Çində 5.2 bal gücündə zəlzələ -<b style="color:red"> 2 nəfər ölüb</b>

Çinin cənubundakı Guangxi Zhuang bölgəsinin Liuzhou şəhərində 5.2 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Dağıntılar altında qalan üç nəfərdən ikisinin cəsədi tapılıb.

Yerli fəlakətlərin idarə edilməsi mərkəzinin açıqlamasına görə, itkin düşən üçüncü şəxs, 91 yaşlı kişi, dağıntılar altından sağ xilas edilib.

İlkin müayinədə onun sağlamlıq vəziyyətinin sabit olduğu və əlavə müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.

Zəlzələdən dərhal sonra bölgəyə çoxsaylı təcili yardım, yanğınsöndürmə və polis qrupları göndərilib. Bölgədə 3-cü səviyyəli fövqəladə vəziyyət elan edilib.

İbrahim Cəfərov

 





18.05.2026    çap et  çap et