525.Az

ABŞ-də döyüş təyyarələri toqquşub


 

ABŞ-də döyüş təyyarələri toqquşub<b style="color:red"></b>

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki “F/A-18 Super Hornet” qırıcı təyyarəsi toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Aydaho ştatındakı Mountain Home Hava Bazasında keçirilən hava şousu zamanı baş verib.

Xoşbəxtlikdən təyyarələrdə olan dörd pilotun hamısı emissiya oturacaqlarından istifadə edərək qəzadan sağ çıxıb.

Təyyarələrin aşağı sürətlə uçarkən toqquşduğu, sonra isə partladığı anlar kameraya düşüb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





18.05.2026    çap et  çap et