525.Az

“Putinin Çinə səfərindən çox ciddi gözləntilərimiz var” -  Peskov


 

“Putinin Çinə səfərindən çox ciddi gözləntilərimiz var” - <b style="color:red"> Peskov</b>

“Kremlin Rusiya prezidenti Vladimir Putinin Çinə qarşıdakı səfərindən böyük gözləntiləri var”. 

525.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitry Peskov brifinqdə deyib.

“Bu səfərlə bağlı çox ciddi gözləntilərimiz var.  Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu gün gözləntilərimiz barədə daha ətraflı danışacaq”, - Peskov bildirib.

Əlavə edib ki, iki ölkə arasındakı münasibətlər çoxşaxəlidir. Moskva və Pekin ticarət-iqtisadi əməkdaşlıqla yanaşı, təhsil, səhiyyə, mədəniyyət və bütün mümkün sahələrdə dialoqu fəal şəkildə inkişaf etdirirlər.

“Dövlət başçılarının istənilən təması münasibətlərin gələcək inkişafı və genişlənməsi üçün əlavə impuls yaradır”, —Kreml nümayəndəsi deyib.

O vurğulayıb ki, Rusiya və Çin arasında iqtisadi gündəmdə olan bütün məsələlər Çinə səfər zamanı müzakirə olunacaq: “İkitərəfli münasibətlərimizin iqtisadi gündəliyində yer alan bütün məsələlərə təbii ki, Putinin Çinə səfəri zamanı toxunulacaq”.

Pərvanə Sultanova

 





18.05.2026    çap et  çap et