525.Az

Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib


 

Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib<b style="color:red"></b>

Baş nazir Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib.

525.az-a Nazirlər Kabinetindən verilən xəbərə görə, Baş naziri Əli Əsədov mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi çərçivəsində Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Çivenqa, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Slovakiya Respublikası Baş nazirinin müavini Tomaş Taraba ilə ikitərəfli görüşlər keçirib.

 





18.05.2026    çap et  çap et