525.Az

WUF13 çərçivəsində Azərbaycan və Türkiyə arasında binalarda enerji səmərəliliyi üzrə memorandum imzalanıb


 

WUF13 çərçivəsində Azərbaycan və Türkiyə arasında binalarda enerji səmərəliliyi üzrə memorandum imzalanıb<b style="color:red"></b>

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində COP29-un Prezidenti Muxtar Babayevlə birgə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum ilə görüş keçirdik.

525.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində paylaşım edib.

"Görüş zamanı “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan-Türkiyə enerji əməkdaşlığı enerji təhlükəsizliyi ilə yanaşı, enerji keçidinin əsas sütunlarından biri olan enerjisəmərəliliyi istiqamətində də genişlənməkdədir", - nazir bildirib.

 





18.05.2026    çap et  çap et