ABŞ-ın sanksiya qərarından asılı olmayaraq Hindistan Rusiyadan neft almağa davam edir.
525.az xəbər verir ki, bunu Hindistanın Neft və Qaz Nazirliyinin rəsmi nümayəndəsi Sucata Şarma deyib.
O bildirib ki, satınalma neft şirkətlərinin kommersiya maraqlarına uyğun olaraq həyata keçirilir.
“Sanksiyalar bizim tədarüklərimizə təsir etməyəcək. Bunun üçün bütün səylər göstərilib”, —nazirlik nümayəndəsi bildirib.
Pərvanə Sultanova
çap et