Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Qazaxıstanın Xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim Oljas Süleymenovu təbrik edib.
525.az xəbər verir ki, G.Əfəndiyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Bu gün müasir qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi, Qazaxıstanın Xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim, atamın dostu Oljas Süleymenovun 90 yaşı tamam olur. Oljas Suleymenov böyük bir epoxanın rəmzlərindən biridir. Onun daima milli köklərinə, Türk kimliyinə bağlılığını, yüksək vətəndaşlıq mövqeyini əks etdirən əsərləri, zəngin irsi böyük bir xəzinədir.
Oljas bəyi bu möhtəşəm yubiley münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Yaşayın və yaradın!”

çap et