525.Az

"Kripto bazarında spekulyativ davranışların əvvəlki dövrlərlə müqayisədə zəifləyib" - Ekspert


 

"Kripto bazarında spekulyativ davranışların əvvəlki dövrlərlə müqayisədə zəifləyib" - <b style="color:red">Ekspert</b>

"Kriptovalyuta bazarı artıq yalnız innovativ texnologiya sahəsi deyil, qlobal maliyyə sisteminin formalaşmaqda olan mühüm komponentlərindən biri kimi qiymətləndirilir. Bununla belə, yüksək volatillik, geosiyasi faktorlar və tənzimləyici dəyişikliklər bu bazarın gələcək inkişaf trayektoriyasını hələ də müəyyən dərəcədə qeyri-müəyyən saxlayır”.

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli deyib.

İqtisadçı qeyd edib ki, kripto bazarında spekulyativ davranışların əvvəlki dövrlərlə müqayisədə nisbətən zəiflədiyi müşahidə olunur. İnvestorların diqqəti getdikcə daha çox real tətbiq sahəsinə malik blokçeyn layihələrinə, infrastruktur həllərinə və süni intellekt inteqrasiyalı rəqəmsal platformalara yönəlir. Meme coinlər və yüksək riskli tokenlər hələ də bazarda mövcudluğunu saxlayır, lakin onların yaratdığı volatillik fonunda daha ehtiyatlı investisiya strategiyaları üstünlük qazanır.

Sevinc Qarayeva

 





18.05.2026    çap et  çap et