525.Az

Fil turistin üzərinə yıxıldı


 

Fil turistin üzərinə yıxıldı<b style="color:red"></b>

Bədbəxt hadisə dünən Hindistanda, Karnataka ştatındakı Dabare qoruğunun ərazisində yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dalaşan iki fildən biri yaxınlıqdakı turistin üzərində yıxılıb.

33 yaşlı Tilasi adlı qadın digər turistlərlə birlikdə çayın sahilində çimən filləri seyr edirmiş. Qəfildən Kancan və Martanda adlı iki əhliləşmiş fil dalaşmağa başlayıb. Bu zaman Martanda müvazinətini itirərək qadının üzərinə düşüb. Nəticədə o, elə hadisə yerindəcə keçinib.

Ştatın meşə təsərrüfatı naziri Eşvar Kxandre olayı faciə adlandıraraq gələcəkdə turistlərin təhlükəsizliyinin daha yaxşı təmin olunması üçün bir neçə göstəriş verib.

L.Tağıyeva

 





19.05.2026    çap et  çap et