525.Az

Kumho Azərbaycanda inkişaf strategiyasını təqdim edib


 

Kumho Azərbaycanda inkişaf strategiyasını təqdim edib<b style="color:red"></b>

Cənubi Koreyanın təkər istehsalçısı Kumho Tire şirkəti Azərbaycanda media nümayəndələri və tərəfdaşları üçün infosessiya keçirib.

525.az xəbər verir ki, tədbir brendin Azərbaycandakı rəsmi distribütoru Radius şirkətində baş tutub. İnfosessiyada Kumho-nun qlobal fəaliyyəti, istehsal texnologiyaları, məhsul çeşidi və Azərbaycan bazarındakı inkişaf strategiyası təqdim olunub.

Kumho nümayəndələri çıxışlarında bildiriblər ki, şirkətin məhsulları 180-dən çox ölkəyə ixrac edilir. Brendin Koreya, ABŞ, Çin və Vyetnamda istehsal müəssisələri fəaliyyət göstərir. Şirkət hazırda Avropada istehsal imkanlarını genişləndirir. Polşanın Opole şəhərində yeni zavodun tikintisi davam etdirilir.

Qeyd olunub ki, yeni istehsal layihəsi Kumho-ya Avropada premium avtomobil markalarının tələblərini qarşılamaqla yanaşı, 2028-ci ilədək illik istehsal həcmini 78 milyon təkərə çatdırmaq imkanı verəcək.

Brendin Koreya, ABŞ, Almaniya və Çində yerləşən 5 tədqiqat və inkişaf — R&D mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə təhlükəsiz və etibarlı təkər həllərinin hazırlanması istiqamətində iş aparılır.

Kumho Tire minik avtomobilləri, SUV-lər, yüngül kommersiya nəqliyyatı, yük maşınları və avtobuslar üçün təkərlər istehsal edir. Şirkət Volkswagen, Skoda, Mercedes-Benz, BMW, Stellantis, Hyundai və Kia kimi avtomobil istehsalçıları ilə əməkdaşlıq edir.

Tədbirdə bildirilib ki, Kumho Tire Azərbaycanda 2008-ci ildən Kumho və Marshal brendləri ilə təmsil olunur. Radius şirkəti 2020-ci ildə Marshal brendi ilə Kumho-nun qlobal tərəfdaş şəbəkəsinə qoşulub. 2023-cü ildən etibarən isə Radius Marshal ilə yanaşı, Kumho brendinin də rəsmi biznes tərəfdaşı kimi fəaliyyət göstərir.

Hazırda Radius avtomobil təkər mərkəzlərində Kumho məhsullarının satışı və peşəkar təkər xidmətləri həyata keçirilir. Şirkətin Kumho portfelində 450-dən çox məhsul çeşidi mövcuddur. Bu məhsullar yay, qış, dörd mövsüm və multi-iqlim şəraitləri üçün nəzərdə tutulub.

Kumho nümayəndələri qeyd ediblər ki, Azərbaycan bazarında minik avtomobilləri və SUV-lər üçün “Touring”, “All-Season”, “M+S” təkərlərinə maraq daha yüksəkdir. Bu təkərlər mövsümi dəyişikliklərə uyğunlaşma və gündəlik istifadə baxımından yerli sürücülər üçün praktik seçim hesab olunur.

Media nümayəndələrinin suallarını cavablandıran şirkət təmsilçiləri Azərbaycan bazarında müştəri gözləntilərinin və sürüş ehtiyaclarının davamlı izlənildiyini vurğulayıblar. Şirkət yenilənən məhsul çeşidləri, mövsümi təkər həlləri və texnoloji yeniliklər barədə yerli müştəriləri mütəmadi məlumatlandırmağı planlaşdırır.

Kumho Azərbaycan bazarında texnologiya, təhlükəsizlik, əlçatan keyfiyyət və müştəri məmnuniyyəti istiqamətində mövqeyini möhkəmləndirməyi hədəfləyir.

 





19.05.2026    çap et  çap et