525.Az

Yaxın Şərqdə dünyanın ən böyük landşaft bərpası proqramı icra olunacaq


 

Yaxın Şərqdə dünyanın ən böyük landşaft bərpası proqramı icra olunacaq<b style="color:red"></b>

Yaxın Şərqdə dünyanın ən böyük landşaft bərpası proqramı icra olunacaq.

525.az xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Dayanıqlılıq və İqlim Fəaliyyəti Departamentinin İqlim Dəyişikliyi üzrə aparıcı mütəxəssisi Bradley Hiller Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olummuş "Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası" tədbirində bildirib.

Onun sözlərinə görə, regionda qarşıdan gələn və məncə, təbiət əsaslı həllərin (NBS) dəstəklənməsinə kömək edə biləcək bir neçə təşəbbüs var: "Birincisi, 50 milyard ağacın əkilməsini hədəfləyən və regionda əhəmiyyətli dərəcədə qarışıq maliyyələşdirməni (blended finance) səfərbər etməyi nəzərdə tutan, dünyanın ən böyük landşaft bərpası proqramlarından biri olması planlaşdırılan "Yaxın Şərq Yaşıl Təşəbbüsü"dür (Middle East Green Initiative). Bu çərçivədə dayanıqlı torpaq idarəetməsi, həmçinin tozun idarə edilməsi və şəhərlərlə yaşayış məntəqələri ətrafındakı digər mövzularda müzakirələr aparıla bilər".

Mütəxəsiss qeyd edib ki, BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) COP16 konfransında Ər-Riyad Qlobal Quraqlığa Davamlılıq Tərəfdaşlığı (Riyadh Global Drought Resilience Partnership) dünyanın aparıcı quraqlıq təşəbbüsü kimi elan edilib.: "Bunun dünyanın quraqlığa qarşı ən həssas 74 ölkəsini dəstəkləyəcəyi gözlənilir ki, onların çoxu ərəb regionundadır. Və bu tərəfdaşlıq 150 milyon dollara qədər qrantı güzəştli kreditləşmə ilə birləşdirə bilər. Biz bunlardan bəzilərini reallaşdırmaq üçün digər tərəfdaşlar və MDB-lərlə (inkişaf bankları) birlikdə işləyə bilərik. Lakin çətinliklərlə bağlı sadəcə üç məqamı qeyd etmək istəyirəm. ​Hesab edirəm ki, NBS üçün biznes modeli ənənəvi sərt (bərk) infrastruktur qədər yaxşı qurulmayıb. Beləliklə, pərakəndə maliyyələşdirmə, risk qavrayışı və gəlir axınları ilə bağlı bəzi çətinliklər mövcuddur. ​Həmçinin, inkişaf bankları üzv ölkələrdən NBS həlləri üçün kredit müraciətləri alırmı? Ona görə də hesab edirəm ki, maarifləndirmənin artırılması və uğurlu nümunələrin bölüşülməsi istiqamətində görülməli işlər var".

 





19.05.2026    çap et  çap et