525.Az

ABŞ-da məscidə silahlı hücum - 3 ölü


 

ABŞ-da məscidə silahlı hücum - <b style="color:red"> 3 ölü</b>

Kaliforniya ştatının San Dieqo şəhərindəki San Dieqo İslam Mərkəzində silahlı hücum olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə San Dieqo Bələdiyyə başçısı Todd Gloria bildirib.

O qeyd edib ki, şəhərin Clairemont bölgəsindəki məscid kimi də xidmət edən mərkəzə iki silahlı şəxs hücum edib. Təhlükəsizlik qüvvələri hər iki silahlı şəxsi zərərsizləşdiriblər.

Hücum zamanı 3 nəfər həlak olub.  

Məsciddə dərsə gedən uşaqlar isə təhlükəsiz şəkildə təxliyə ediliblər.

İbrahim Cəfərov

 





19.05.2026    çap et  çap et