525.Az

Nigeriyada silahlı hücum - 11 nəfər həlak olub


 

Nigeriyada silahlı hücum - <b style="color:red"> 11 nəfər həlak olub</b>

Nigeriyanın Katsina əyalətinin Bakori bölgəsində mülki şəxslərə qarşı silahlı hücum təşkil edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 11 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Həmçinin bir çox ev yandırılıb, mal-qara və ərzaq malları talan edilib.

Xatırladaq ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan “Boko Haram” və ISWAP kimi terror təşkilatlarının hücumlarına məruz qalır.

İbrahim Cəfərov

 





19.05.2026    çap et  çap et