Rusiyanın Buryatiya respublikasında, Baykal gölündə gəzinti qayğının aşması faciə ilə nəticələnib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza zamanı 5 nəfər həyatını itirib.
Onlardan dördü qayıq aşan zaman, biri isə sahilə doğru üzərkən batıb. 10 sərnişin sahilə çıxa bilib. Onlardan biri 14 yaşlı yeniyetmədir. Xilasedicilər batanların axtarışına başlayıb. Hələlik onların cəsədlərini tapmaq mümkün olmayıb.
Qeyd edək ki, qayığın aşmasına səbəb kimi ilkin versiya olaraq yüklənməsi göstərilir.
L.Tağıyeva
çap et