525.Az

"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır


 

"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır<b style="color:red"></b>

"İnter" baş məşqçi Kristian Kivunun müqaviləsini uzadacaq.

525.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, rumıniyalı mütəxəssislə uzunmüddətli yeni müqavilə imzalanacağını bildirib. Müqavilə may ayının sonuna qədər açıqlanacaq.

"İnter" və Kivu arasındakı yeni müqavilənin 2028-ci ilin yayına qədər qüvvədə olacağı bildirilir. Müqavilədə həmçinin 2029-cu ilə qədər uzatma seçimi də olacaq. 46 yaşlı məşqçi cari mövsüm başlamazdan əvvəl "İnter"in baş məşqçi təyin edilib. O, ilk ilindəcə A seriyasını və İtaliya kubokunu qazanıb.

 





20.05.2026    çap et  çap et