525.Az

Yaponiyada 5.9 bal gücündə zəlzələ olub


 

Yaponiyada 5.9 bal gücündə zəlzələ olub<b style="color:red"></b>

Yaponiyanın cənub-qərb sahillərində 5,9 bal gücündə zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Kaqoşima bölgəsinin Vadomari şəhərindən 8 kilometr şərqdədir.

5,9 bal gücündə zəlzələ təxminən 42 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumatlara görə, zəlzələdən sonra tələfat və dağıntı olmayıb, sunami xəbərdarlığı da verilməyib.

İbrahim Cəfərov

 





20.05.2026    çap et  çap et