525.Az

Çində güclü yağışlar - 22 nəfər ölüb


 

Çində güclü yağışlar - <b style="color:red"> 22 nəfər ölüb</b>

Çində leysan yağışlar və daşqınlar nəticəsində 22 nəfər həyatını itirib.

525.az Çin mətbuatına istinadən xəbər verir ki, leysan yağışlar ölkənin müxtəlif bölgələrinə təsir edib.

Çinin cənubundakı Hunan əyalətində daşqınlar nəticəsində 5 nəfər ölüb, 11 nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bölgədə 19 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Quyçjou əyalətində həddindən artıq yağış səbəbindən bəzi yollar və binalar su altında qalıb, 3700-dən çox insan bölgədən təxliyə edilib.

Daşqınlarda 4 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.

Hubey əyalətində güclü yağışların səbəb olduğu daşqınlarda 3 nəfər ölüb, 4 nəfər itkin düşüb.

Quanqsi Çjuanq Muxtar Bölgəsində isə yük maşınının daşqınlar nəticəsində çaya aşması nəticəsində 10 nəfər ölüb.

İbrahim Cəfərov

 





20.05.2026    çap et  çap et