Fars körfəzində iki aydan çox gözlədikdən sonra Çinin iki supertankeri Hörmüz boğazından keçə bilib.
525.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ümumilikdə, iki supertanker - Yuan Gui Yang və Honkonqa məxsus Ocean Lily 4 milyon barel xam neft daşıyırlar. Neft İraq və Qətərə məxsusudur. Tankerlərin 4-5 iyunda Çinə çatması gözlənilir.
Pərvanə Sultanova
çap et