525.Az

Səhvən kralın ölüm xəbərini yaydılar


 

Səhvən kralın ölüm xəbərini yaydılar<b style="color:red"></b>

Böyük Britaniyanın "Radio Caroline" radiostansiyası səhvən kral III Karlın ölüm xəbərini efirə verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, olayla bağlı radiostansiyanın direktoru Piter Mur kraldan və dinləyicilərdən üzr istəyib.

O, xəbərin texniki səhv üzündən efirə getdiyini də bildirib.

Qeyd edək ki, "Radio Carolina" 1964-cü ildən fəaliyyət göstərir və bir çox Avropa ölkələrində geniş dinləyici auditoriyası var.

L.Tağıyeva

 





21.05.2026    çap et  çap et