Norveç Veterinar İnstitutu ağ ayılarda ilk dəfə quş qripinin aşkarlanması barədə məlumat yayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər bu qənaətə Şimal Buzlu okeanda yerləşən Şpitsbergen arxipelaqında tapılmış ağ ayı leşini analiz etdikdən sonra gəliblər.
1 yaşlı erkək ayının və morjun quş qripindən öldüyü məlum olub. Buna kimi dəniz quşlarının, morjların və qütb tülkülərinin H5N5-ə yoluxması barədə faktlar mövcud idisə, ağ ayıların bu virusa yoluxması qeydə alınmamışdı.
Qeyd edək ki, institut əməkdaşları vəziyyətin bu cür davam edəcəyi təqdirdə Arktikanın ekoloji sistemini ciddi təhlükənin gözlədiyini bildiriblər.
L.Tağıyeva
çap et