ABŞ-də 3 uşaq anası 1 yaş 5 aylıq oğlunu öldürərək meyitini 2 həftə soyuducuda saxlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tükürpədici hadisə Arizona ştatının Flaqstaff şəhərində baş verib.
31 yaşlı Oxra Manakaya polisə zəng edərək övladını öldürdüyünü etiraf edib. Hadisə yerinə gələn polis faktı araşdırarkən məlum olub ki, körpə yarım ay əvvəl vəfat edib. Həbs edilən qadın uşağın ağlamasından bezərək onu çarpayıya atdığını, 2 gün sonra isə körpəni ölü tapdığını bildirib.
Qatil ana meyiti 2 həftə soyuducuda saxlamasının səbəbini isə izah etməyib.
Qeyd edək ki, Orxanın 9 və 7 yaşlı digər 2 oğlu fiziki və psixoloji zərbə almayıblar.
L.Tağıyeva
çap et