Braziliyada həkimin ölü hesab etdiyi və dəfn bürosuna göndərdiyi 88 yaşlı qoca orada "dirilib".
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tragikomik hadisə San-Paulu ştatında yaşanıb.
Əməkdaşlar Jurasi Roza Alvesi dəfnə hazırlayarkən onun nəfəs aldığının və tərpəndiyinin fərqinə varıblar. Dərhal polisə və təcili tibbi yardıma məlumat verilib. Qoca reanimasiyaya yerləşdirilib. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Qeyd edək ki, adı açıqlanmayan həkim saxlanılıb. O, xəstəyə lazımi yardım göstərməməkdə ittiham olunur.
L.Tağıyeva
çap et