Beynəlxalq Basketbol Federasiyası (FİBA) ukraynalı basketbolçular Aleksandr Kolçenko və Sergey Priymakı bütün yarışlardan ömürlük diskvalifikasiya edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Onların cəzalandırılmalarına səbəb danışılmış oyunlarda iştirak etmələridir. Bundan başqa Kolçenko və Priymakın dəfələrlə mərc oyunlarına pul yatırması sübuta yetirilib.
Qeyd edək ki, FİBA-nın qərarına əsasən basketbolçular hətta həvəskar səviyyədə belə heç bir yarışda iştirak edə bilməyəcəklər.
L.Tağıyeva
çap et