525.Az

"Qatar reyslərinin bərpası turistlərin seçim imkanlarını artıracaq" - İqtisadçı


 

"Qatar reyslərinin bərpası turistlərin seçim imkanlarını artıracaq" - <b style="color:red">İqtisadçı </b>

"Bakı–Tiflis–Bakı qatar marşrutunun yenidən fəaliyyətə başlaması turizm sektoruna iki əsas istiqamətdə təsir göstərəcək. İlk növbədə, xaricə səfər edən turistlərin sayında artım müşahidə oluna bilər. Bu, təbii prosesdir, çünki hava nəqliyyatı ilə müqayisədə qatarla səyahət bəzi insanlar üçün daha əlverişli və rahat seçim hesab edilir. Təyyarə biletlərinin yüksək qiyməti, hava limanlarında vaxt itkisi və digər prosedurlar sərnişinləri alternativ nəqliyyat vasitələrinə yönəldə bilər".

 Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli bildirib.  Ekspertin sözlərinə görə, yeni marşrutun açılması turizm bazarında rəqabətin güclənməsinə səbəb ola bilər. İndiyədək xaricə səfərlə bağlı məhdudiyyətlər və ya çətinliklər səbəbindən bəzi yerli turizm obyektləri qiymət siyasətində daha sərbəst davranırdı. Xaricə səyahət imkanlarının genişlənməsi isə yerli turizm sektorunu xidmət keyfiyyətini artırmağa və daha rəqabətli qiymətlər təklif etməyə təşviq edə bilər: 

"Qatar reyslərinin bərpası həm turistlərin seçim imkanlarını artıracaq, həm də bazarda rəqabət mühitini gücləndirəcək".

Sevinc Qarayeva

 





21.05.2026    çap et  çap et