525.Az

Bakı–Tbilisi qatarlarında hərəkət məhdudiyyətli şəxslər üçün xüsusi şərait yaradılıb


 

Bakı–Tbilisi qatarlarında hərəkət məhdudiyyətli şəxslər üçün xüsusi şərait yaradılıb <b style="color:red"></b>

Bakı–Tbilisi qatarlarında hərəkət məhdudiyyətli şəxslər üçün xüsusi şərait yaradılıb.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə vaqonlarda hərəkət məhdudiyyətli sərnişinlər üçün xüsusi kupələr ayrılıb və onların rahat şəkildə qatara minib-düşməsi üçün əlavə texniki imkanlar təmin edilib:

"Yeni qatarlar inklüzivlik prinsipləri nəzərə alınaraq formalaşdırılıb və bütün sərnişinlərin rahat səyahəti üçün uyğunlaşdırılıb", - deyə o qeyd edib.

 





21.05.2026    çap et  çap et