525.Az

"İlk mərhələdə yeni açılan beynəlxalq xətlərdə qiymətlər bəzən daha balanslı saxlanılır" - Rəy


 

"İlk mərhələdə yeni açılan beynəlxalq xətlərdə qiymətlər bəzən daha balanslı saxlanılır" - <b style="color:red">Rəy</b>

"Avtobus və şəxsi avtomobil xərcləri ilə müqayisədə qatarın komfort və təhlükəsizlik üstünlükləri nəzərə alınarsa, gedişhaqqı qiymət bir çox sərnişin üçün məqbuldur".

Bunu iqtisadçı ekspert Akif Nəsirli 525.az-a deyib. Ekspert qeyd edib ki, xüsusilə uzun yol və sərhəd keçidi rahatlığı baxımından qatar adətən alternativ nəqliyyat vasitələrindən daha stabil və rahat hesab olunur:

"Bakı-Tiflis-Bakı sərnişin qatarəndar qiymətinin müəyyənləşməsi  əsasən əməliyyat xərclərindən asıldır. Buraya yanacaq əvəzinə elektrik və ya dizel sərfi, vaqonların saxlanması, işçi heyəti, sərhəd prosedurları və infrastruktur xərcləri daxildir.  Digər mühüm faktor tələb və marşrutun kommersiya cəlbediciliyidir. İlk mərhələdə yeni açılan beynəlxalq xətlərdə qiymətlər bəzən daha balanslı saxlanılır ki, sərnişin marağı formalaşsın. Daha sonra isə tələbdən asılı olaraq tariflər optimallaşdırılır".

Sevinc Qarayeva

 





21.05.2026    çap et  çap et