525.Az

"Bu qərarın iqtisadi nəticələri də böyük olacaq" - Mütəxəssis rəyi


 

"Bu qərarın iqtisadi nəticələri də böyük olacaq" - <b style="color:red">Mütəxəssis rəyi</b>

"Bakı-Tiflis-Bakı sərnişin qatarının bərpası təkcə nəqliyyat hadisəsi deyil, Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi düzənin göstəricilərindən biridir. Bu addım ilk növbədə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərir. Uzun fasilədən sonra birbaşa dəmir yolu əlaqəsinin yenidən açılması insanlar, biznes və turizm üçün yeni imkanlar yaradacaq, region daxilində hərəkəti sürətləndirəcək və daha ucuz basa gələcək".

İqtisadçı ekspert Natiq Cəfərli bu fikirləri 525.az-a  söyləyib.  Ekspert vurğulayıb ki,  bu qərarın iqtisadi nəticələri də böyük olacaq. Bakı-Tiflis-Qars xəttinin modernləşdirilməsinin tamamlanması Azərbaycanın regionun əsas logistika və tranzit mərkəzi rolunu gücləndirir. Çin-Mərkəzi Asiya-Xəzər-Qafqaz-Türkiyə marşrutu üzrə daşımaların artdığı bir vaxtda Azərbaycan artıq sadəcə enerji ixrac edən ölkə deyil, həm də böyük nəqliyyat və enerji qovşağı kimi çıxış edir. Gürcüstan üzərindən Türkiyəyə və Avropaya çıxış imkanlarının genişlənməsi Bakının geoiqtisadi əhəmiyyətini artırır:

"Enerji sahəsində imzalanan sənədlər də bunu təsdiqləyir. Azərbaycan qazının tranziti, Gürcüstana qaz və elektrik enerjisi ixracı, həmçinin Gürcüstan üzərindən Türkiyəyə elektrik ötürülməsi regionda enerji təhlükəsizliyinin əsas dayaqlarından birinin məhz Azərbaycan olduğunu göstərir. Bu proses Bakının həm enerji istehsalçısı, həm də enerji marşrutlarını idarə edən ölkə kimi mövqeyini möhkəmləndirir".

Sevinc Qarayeva

 





21.05.2026    çap et  çap et