525.Az

"Sənaye çirklənməsi torpaq deqradasiyasını daha da artırır" - Ekspert rəyi


 

"Sənaye çirklənməsi torpaq deqradasiyasını daha da artırır" - <b style="color:red">Ekspert rəyi</b>

“Dövlət son illərdə subsidiya siyasəti ilə bu problemlərin təsirini azaltmağa çalışır. 2025-ci ildən müasir suvarma sistemləri tətbiq edilən sahələrə əlavə subsidiyalar ayrılır, tarlaqoruyucu zolaqların salınması dəstəklənir, işğaldan azad olunmuş ərazilərdə isə daha yüksək maliyyə yardımı nəzərdə tutulur. Bu addımlar müsbət qiymətləndirilsə də, mövcud ehtiyaclarla müqayisədə hələ kifayət qədər geniş deyil”.

Bu fikri 525.az-a iqtisadçı ekspert Akif Kəsirli söyləyib. Ekspertin dediyinə görə, son 25 ildə ölkədə orta temperatur 1,1–1,5 dərəcə artıb, yağıntıların miqdarı isə 13–14 faiz azalıb. Kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsi quraq zonalarda yerləşdiyi üçün suvarma olmadan məhsul yetişdirmək çətinləşir. Bundan əlavə, həddindən artıq otarma, ağır texnikanın torpağa təsiri və sənaye çirklənməsi torpaq deqradasiyasını daha da artırır:

“Ekoloji monitorinqin zəif olması torpaqların vəziyyəti barədə tam məlumat əldə etməyə mane olur. Fermerlər məhsul sığortasına maraq göstərmir, müasir otarma sistemləri geniş tətbiq edilmir və torpaq inventarizasiyası tam başa çatdırılmayıb. Ümumilikdə, Azərbaycanda aqrar sahədə müəyyən siyasi iradə və yeniliklər mövcud olsa da, bu dəyişikliklər hələ tam sistemli xarakter daşımır və xüsusilə kiçik fermerlərin imkanlardan faydalanması məhdud olaraq qalır”.

Sevinc Qarayeva 
 

 





21.05.2026    çap et  çap et