525.Az

"İran ABŞ-ın şərtlərini öyrənmək üçün əlavə vaxt istəyib" - KİV


 

"İran ABŞ-ın şərtlərini öyrənmək üçün əlavə vaxt istəyib" - <b style="color:red"> KİV</b>

İran rəsmiləri Fars körfəzindəki münaqişənin həlli üçün Amerikanın şərtlərini qiymətləndirmək və öyrənmək üçün Pakistan vasitəçilərindən əlavə vaxt istəyiblər.

525.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" kanalı Pakistan mənbəsinə istinadən məlumat yayıb.

"İran rəsmiləri Pakistandan Amerika şərtlərini qiymətləndirmək və öyrənmək üçün vaxt istəyiblər. İranın zənginləşdirilmiş uranı Tehran və Vaşinqton arasında dolayı danışıqlarda əsas maneədir", - mənbə deyib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib ki, Tehran Amerika tərəfinin İranın hərbi əməliyyatları dayandırmaq təklifi ilə bağlı şərhlərini nəzərdən keçirir. Mayın 18-də isə Tasnim agentliyi Pakistanın münaqişənin həlli üçün ABŞ-a 14 maddəlik İranın yeni təklifi təqdim etdiyini yazıb.

Pərvanə Sultanova

 





21.05.2026    çap et  çap et