525.Az

Məhəmməd bin Salman Azərbaycan Prezidentinə təbrik məktubu göndərib


 

Məhəmməd bin Salman Azərbaycan Prezidentinə təbrik məktubu göndərib<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

525.az xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.

Qardaş Azərbaycan Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.

Zati-alinizə hörmət və ehtiramımı ifadə edirəm”.

 





21.05.2026    çap et  çap et