525.Az

Bakı-2015: Macarıstan Avropa Oyunlarına geniş heyətlə gəlir


 

Bakı-2015: Macarıstan Avropa Oyunlarına geniş heyətlə gəlir<b style="color:red"></b> İyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcək Macarıstan millisinin idmançı sayı açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, bu barədə Macarıstan Olimpiya Komitəsinin idman direktoru Laslo Fabian açıqlama verib.
 
O bildirib ki, ölkəsi Bakıya 300 nəfərlik nümayəndə heyəti ilə gələcək. Bu heyətin təxminən 200-ü idmançı olacaq və 18 növdə ölkəsini təmsil edəcək: “Avropa Oyunlarına ciddi yanaşırıq və Azərbaycana böyük heyətlə yollanacağıq. Təxminən 200 idmançı mükafatlar uğrunda mübarizə aparacaq”.
 
Qeyd edək ki, Bakı-2015-ə bolqarlar 109, hollandlar 100-dən artıq idmançı, həmçinin böyük britaniyalılar 240 (160 idmançı) və rumınlar 200 (nümayəndə heyətilə birgə) nəfərlə gələcəklər.
 





02.03.2015    çap et  çap et