“Bakı-Tbilisi marşrutunu adi oturacaq tipli daxili reyslərlə müqayisə etmək tam doğru deyil. Söhbət gecə vaxtı fəaliyyət göstərən beynəlxalq yataq tipli qatardan gedir və burada xidmət modeli tam fərqlidir. Əvvəlki illərlə müqayisədə sərnişinlərə faktiki olaraq başqa, daha yuxarı səviyyəli xidmət göstərilir. Yəni İsveçrə istehsalı olan müasir Stadler vaqonları, daha yüksək komfort, “kupe” sistemi, fərdi xidmət və Avropa standartlara uyğun şərait təqdim edir”.
Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, yeni qatarlarda vaxtilə istifadə olunan ‘plaskart’ modeli yoxdur. Bu da qiymət strukturunu dəyişirsə də eyni zamanda səyahətin keyfiyyətini ciddi şəkildə yüksəldir:
“Burada yalnız məsafəyə görə qiymət hesablanmır. Beynəlxalq gecə reyslərində yataq xidməti, bələdçi - müşayiət heyəti, təmizlik, texniki servis və sərhəd-keçid əməliyyatları tarifin əsas hissəsini təşkil edir. Marşrut üzrə regionlardan qoşulma imkanının yaradılması da vacib üstünlükdür. Bu, yalnız paytaxt sakinləri üçün deyil, həm də marşrut boyu, digər şəhər və rayonlarda yaşayan insanlar üçün də daha çevik, əlçatan beynəlxalq bağlantı yaradır. Əslində burada sadəcə ‘qatar bileti’ satılmır, gecə səyahəti, yataq komfortu, şəhər mərkəzindən şəhər mərkəzinə bağlantı və əlavə servis elementləri birlikdə təqdim olunur”.
Sevinc Qarayeva
çap et