525.Az

Taylandda oteldə yanğın - yüzlərlə insan təxliyə edildi


 

Taylandda oteldə yanğın - <b style="color:red"> yüzlərlə insan təxliyə edildi</b>

Taylandın Pattaya şəhərinin mərkəzi hissəsində yerləşən yeddi mərtəbəli "JA Plus" otelində axşam saatlarında yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, alov tez bir zamanda bütün mərtəbələrə yayılıb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə, polis və tibb qrupları göndərilib. Bildirilib ki, yanğın zamanı otelin 178 otağının demək olar ki, hamısı dolu olub. Təxminən iki saat ərzində yanğın söndürülüb.

Yanğın zamanı 240 nəfər təxliyə edilib, 4 nəfər yaralanıb. İki taylandlı qadın və bir indoneziyalı uşaq tüstüdən zəhərlənmə səbəbindən xəstəxanaya yerləşdirilib. Bir taylandlı kişi isə alovdan qaçmağa çalışarkən xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





22.05.2026    çap et  çap et