ABŞ Dövlət Departamenti Ukraynaya 108,1 milyon dollar dəyərində “Hawk” raket sistemlərinin satışını təsdiqləyib.
525.az xəbər verir ki, bu barədə Departamentin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, 108,1 milyon dollarlıq potensial satışa həmçinin yerləşdirilə bilən qoşqular, əhəmiyyətli modifikasiyalar, texniki xidmət dəstəyi, ehtiyat hissələri, istehlak materialları, aksesuarlar və geri qaytarılma dəstəyi daxildir.
Həmçinin vurğulanıb ki, bu satış paketi Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı mübarizə aparmaq qabiliyyətini artıracaq.
Qeyd edək ki, Dövlət Departamentinin təsdiqindən sonra Konqresin də satışı təsdiqləməsi lazımdır.
İbrahim Cəfərov
çap et