525.Az

Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək


 

Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək<b style="color:red"></b>

Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi gözlənilir.

Bu barədə 525.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 





22.05.2026    çap et  çap et