525.Az

Azərbaycan cüdoçuları İspaniyada beynəlxalq təlim-məşq toplanışında olublar


 

Azərbaycan cüdoçuları İspaniyada beynəlxalq təlim-məşq toplanışında olublar<b style="color:red"></b>

Cüdo üzrə Azərbaycan millisi İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edib.

525.az-a bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesi 18–23 may tarixlərini əhatə edib.

Beynəlxalq təlim-məşq toplanışı iyunda Monqolustanda keçiriləcək "Böyük Dəbilqə" və Çindəki Qran-pri tunirlərinə hazırlıq məqsədi daşıyıb.

 





23.05.2026    çap et  çap et