525.Az

Rusiyada 13 avtomobilin iştirakı ilə dəhşətli qəza


 

Rusiyada 13 avtomobilin iştirakı ilə dəhşətli qəza<b style="color:red"></b>

Moskva vilayətində 13 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, olay  Yaroslavsk şossesinin 43-cü kilometrliyində yaşanıb.

Qoşqulu yük avtomobili idarəetməni itirərək qarşı yola çıxıb və 10 minik, 2 yük avtomobili ilə toqquşub. Bütün avtomobillərə ciddi ziyan dəyib. 1 nəfər həlak olub, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qəza üzündən paytaxt istiqamətində böyük tıxac yaranıb.

L.Tağıyeva

 





25.05.2026    çap et  çap et