525.Az

Qaynanasını dəfn edirdi, timsaha yem oldu


 

Qaynanasını dəfn edirdi, timsaha yem oldu<b style="color:red"></b>

Hindistanda dəfn mərasimi zamanı 30 yaşlı kişi timsahın qurbanı olub. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə Sonuli Mohammadpur kəndi yaxınlığında, Qhaqhara çayı sahilində yaşanıb.

Dipak Şarma qaynanasının kremasiyası zamanı əllərini yumaq üçün çaya tərəf əyilib. Qəfildən çaydan çıxan timsah onun başından yapışaraq suya çəkib. Bütün bunlar Dipakın yaxınlarının və həyat yoldaşının gözü qarşısında baş verib.

Qeyd edək ki, onun qalıqları ertəsi gün tapılıb.

L.Tağıyeva

 





25.05.2026    çap et  çap et