525.Az

İrandan Azərbaycana 38 kq narkotik keçirilməsinin qarşısı alınıb - BİRGƏ MƏLUMAT


 

İrandan Azərbaycana 38 kq narkotik keçirilməsinin qarşısı alınıb - <b style="color:red"> BİRGƏ MƏLUMAT</b>

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə narkotik əməliyyatı keçirib.

525.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, may ayının 23-də Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində DSX və DİN əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 





25.05.2026    çap et  çap et