Bu ilin yanvar-aprel aylarında Azərbaycan 6 min 675 ton meşə fındığı ixrac edib.
525.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 79 milyon 619 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 293 ton (16,2 %) az, dəyər baxımından isə 25 milyon 758 min dollar (47,8 %) çoxdur.
Hesabat dövründə meşə fındığı ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,6 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.
çap et