Fələstin Dövlətinin Bakıdakı səfiri Dr. Əhməd Metani Qurban bayramı münasibəti Azərbaycan xalqını təbrik edib.
525.az-a səfirlikdən daxil olan bayram təbrikində deyilir:
"Müqəddəs Qurban bayramı münasibətilə qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. İnanıram ki, bu müqəddəs bayram hər kəsə xeyir, sülh və rifah, həmçinin özü ilə daha böyük təhlükəsizlik, sabitlik və tərəqqi gətirəcək.
Bu müqəddəs günün sevincini sizinlə bölüşərkən, Fələstin və Azərbaycan xalqlarını birləşdirən dərin dostluq və qarşılıqlı hörmət bağlarına dəyər verir, səxavətli Azərbaycan xalqına davamlı rifah və firavanlıq arzulayıram.
Qurban bayramınız mübarək!"
Pərvanə Sultanova
çap et