525.Az

“İran və ABŞ razılaşma əldə etməyə yaxındır” - Asim Munir


 

“İran və ABŞ razılaşma əldə etməyə yaxındır” - <b style="color:red"> Asim Munir</b>

Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir Çinin xarici işlər naziri Van İ ilə Pekində görüşdə tezliklə İran və ABŞ arasında razılaşma əldə edilə biləcəyini təsdiqləyib.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Munir Pakistanın İran və ABŞ arasındakı münaqişənin həlli üçün vasitəçilik səylərindəki son inkişaflardan danışıb. O, tərəflərin razılaşma əldə etməyə yaxın olduğunu bildirib”, - məlumatda deyilir.

Pərvanə Sultanova

 





25.05.2026    çap et  çap et