Çin Sədri Si Cinpin Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüş zamanı ABŞ-İran münaqişəsinin həllinə yönəlmiş vasitəçilik səylərinə görə minnətdarlığını bildirib.
525.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
"Biz Pakistanın konstruktiv rolunu yüksək qiymətləndiririk”, - Si Cinpin deyib.
O, həmçinin görüşdə iştirak edən Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munirin dialoqdakı rolunu qeyd edib: "Bilirəm ki, siz İrandan yeni qayıtmısınız və hazırkı atəşkəsə konstruktiv töhfə vermisiniz".
Baş nazir Şərif ABŞ-İran danışıqlarında Pakistanın vasitəçilik səylərini dəstəklədiyinə görə Çinə minnətdarlığını bildirib. O deyib ki, Sədr Si Cinpin tərəfindən Yaxın Şərqdəki vəziyyətlə bağlı irəli sürülən dörd təklif sülhə nail olmaq üçün bir istiqamət təşkil edir.
Xatırladaq ki, Şahbaz Şərif Çinə dörd günlük rəsmi səfərə gəlib.
Pərvanə Sultanova
çap et